Tsereteli Azərbaycan parlamentarilərinin ATƏT PA-da fəal rolunu alqışlayır

Tsereteli Azərbaycan parlamentarilərinin ATƏT PA-da fəal rolunu alqışlayır
12:12 25 Sentyabr 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli sentyabrın 20-i Bakıya səfəri zamanı bir daha PA-nın Cənubi Qafqazla əməkdaşlığına sadiqliyini təsdiqləyib və Azərbaycan parlamentarilərini regionda iqtisadi əməkdaşlıq və təhlükəsizliyin dəstəklənməsində daha fəal rol oynamağa çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in bəyanatında deyilir.

G.Tsereteli Azərbaycanın aparıcı beynəlxalq ticarət tərəfdaşına çevrilməsini yüksək qiymətləndirib. O həmçinin, regional münaqişələrin həllində parlament diplomatiyasının böyük rolunu qeyd edib:

"Bizə Azərbaycanın müstəqilliyinin bərpasından sonra əldə etdiyi iqtisadi nailiyyətlərdən danışdılar. Bununla belə, müasirləşmə üçün təkcə iqtisadi irəliləmə kifayət deyil. ATƏT PA Azərbaycanı və qurumun bütün üzv ölkələrini dinc və çiçəklənən gələcəyin təmin olunması üçün üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsində dəstəkləməyə hazırdır".

Bəyanatda qeyd olunur ki, Assambleyanın regionda fəaliyyətinə töhfə verilməsi üçün ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin təyin olunması gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR