"Real"da ciddi itki -

Madrid “Real”ı ciddi itki ilə üzləşib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü İsko bir müddət komandasına kömək edə bilməyəcək.

Kor bağırsağında problem aşkarlanan ispaniyalı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Onun təxminən 1 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 5 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR