“Michael Kors” kompaniyası “Versace” moda evini

ABŞ-ın “Michael Kors” kompaniyası İtaliyanın “Versace” moda evini 1,83 milyard funt-sterlinqə (2,12 milyard dollar) satın alıb.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Michael Kors” kompaniyası sentyabrın 25-də “Gianni Versace SpA” moda evinin dövriyyədə olan bütün səhmlərinin satın alınması barədə yekun sazişin imzalandığını elan edib.

Bir qədər əvvəl “Corriere della Sera” qəzeti moda evinə “Michael Kors” və “Tiffany” kompaniyalarının iddialı olduğunu yazmışdı.

Qeyd edək ki, ABŞ-ın geyim, ayaqqabı, ətir və aksesuar brendi olan “Michael Kors” kompaniyasının əsası 1981-ci ildə Maykl Kors tərəfindən qoyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR