İranın Ali dini lideri terror aktına görə

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi Əhvazda törədilən terror aktına görə, Fars körfəzinin 2 ölkəsini ittiham edib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o bildirib ki, hərbi parad zamanı hücum edən terrorçular həmin dövlətlərin maliyyə dəstəyilə hərəkət edib. Xamneyi əmin edib ki, 29 nəfərin plümü və 60-a qədər insanın yaralanmasıyla nəticələnən hadisədə günahı olan hər bir kəs ən ağır şəkildə cəzalandırılacaq.

Bu arada, İranın xüsusi xidmət orqanları terrorla əlaqəsi olan şəxslərə qarşı əməliyyat keçirərək, 22 nəfəri həbs edib.

İranın Kəşfiyyat Nazirliyinin məlumatına görə, onlardan 5-nin terrorla əlaqəsi təsdiqlənib. Onların evlərinə baxış keçirilərkən, xeyli sayda silah-sursat və partlayıcı maddə aşkarlanıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR