Hindistanda təbii fəlakət nəticəsində

Hindistanın şimalında baş verən leysan yağışları və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb. Daha 45 nəfər itkin düşüb. Onlardan 35-i tələbədir.

Metbuat.az Röyters agentliyinə istinadən məlumat verir ki, təbii fəlakət daha çox mübahisəli Cammu-Kəşmir, Pəncab, Ximaçal-Paradeş və Xaryan əyalətlərinə təsir edib. Çoxlu sayda ev, iş yerləri su altında qalıb. Bəzi əyalətlərdə qırmızı dərəcəli təhlükə elan edilib.

Məktəb və idarələr fəaliyyətini müvəqqəti dayandırıb. Qeyd edək ki, Hindistanda iyun ayından sentyabra qədər olan müddət musson yağışları mövsümüdür. Statistikaya görə, təkcə bu il 1400-dən çox insan təbii fəlakətin qurbanı olub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR