Donald Tramp Həsən Ruhani

ABŞ prezidenti Donald Tramp İranın dövlət başçısı Həsən Ruhani ilə görüşmək niyyətində deyil.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o, özünün Tvitter hesabında qeyd edib ki, daxil olan müraciətlərə baxmayaraq, Ruhaniylə görüşmək planı yoxdur. “Bəlkə, gələcəkdə görüşə bilərik, amma indi yox. Mən əminəm ki, o çox heyrətamiz insandır” - deyə Tramp yazıb.

Qeyd edək ki, İran prezidenti də Trampla görüşmək niyyətində olmadığını bəyan edib. Ruhani En-Bi-Si telekanalına müsahibəsində bildirib ki, “Ağ ev” rəhbərilə görüşünün heç bir mənası yoxdur:

“Çünki, Trampın davranışları və İrana qarşı mövqeyi onunla görüşməyin mənasız olduğunu göstərir”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR