​İran hakimiyyəti Hörmüz boğazını bağlaya bilər -

İran hakimiyyəti Hörmüz boğazını bağlayacaq.

BMT Baş Assambleyasının 73-cü qurultayında iştirak etmək üçün ABŞ-a səfər edən İran prezidenti Həsən Ruhani belə açıqlama ilə çıxış edib. Metbuat.az-ın məlumatına görə, NBC telekanalına müsahibəsində o bildirib ki, Vaşinqton Tehrana qarşı sanksiya siyasətini davam etdirərsə, İran tərəddüt etmədən boğazda neft daşınmasını əngəlləyəcək.

“Mən xəbərdarlıq etmirəm. Bu reallıqdır. Əgər Fars körfəzi gəmilər üçün açıq və təhlükəsiz olmalıdırsa, onda bu bütün gəmilər üçün eyni olmalıdır”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR