​“İŞİD Mərkəzi Asiya ölkələrində xilafət yaratmaq niyyətindədir”

“İŞİD terror təşkilatı Mərkəzi Asiya ölkələrində özünün xilafətini yaratmaq niyyətindədir”.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, bu barədə MDB-nin antiterror mərkəzinin rəhbəri Andrey Novikov məlumat verib. O, MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarındakı antiterror bölmələrinin rəhbərləriylə görüşündə bildirib ki, terrorçu təşkilat regiondakı yatmış ocaqları oyatmaqla hərəkətə keçməyi planlaşdırır.

Onların Mərkəzi Asiya ölkələrinə axını isə Əfqanıstanın şimalından mümkün ola bilər.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR