Şagirdlərin sevimlisi-“Tombi”

Türkiyə İzmirdə ibtidai sinif şagirdlərinin sinifdə bəslədikləri “Tombi” adlı pişik yay tətilindən sonra sinifdəki yerini alıb.

Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şagirdlər uzun müddətdən sonra dostlarına qovuşduqları üçün çox seviniblər. Yay tətili zamanı “Tombi”nin baxımı ilə müəllim Özlem Pınar İvaşçu məşğul olub.

“Tombi” keçən ilin fevral ayında bir valideynin narazılığı ilə məktəbdən uzaqlaşdırılıb, daha sonra sosial şəbəkədəki paylaşımlardan sonra Təhsil Müdürlüyünün müdaxiləsi ilə məktəbə geri dönüb. “Tombi” dördüncü sinifə keçən “sinif yoldaşları” ilə birlikdə məktəbə başlayıb.

İvaşçu uşaqların “Tombi”ni çox sevdiklərini və o, sinifə gəldikdən sonra küçə heyvanlarına qarşı daha mehriban olduqlarını bildirib.






https://metbuat.az/news/1032074/dagin-parcalanma-a...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR