"ABŞ erməni diasporuna görə Türkiyədən heç vaxt imtina etməyəcək"

"ABŞ erməni diasporuna görə Türkiyədən heç vaxt imtina etməyəcək"
11:57 24 Aprel 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ erməni diasporuna görə Türkiyədən heç vaxt imtina etməyəcək.

Bunu Trend-ə Türkiyənin xarici siyasət üzrə eksperti Məhəmməd Zahid Gül deyib.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistan və Türkiyə ilə əlaqələrini müqayisə etsək, Ankara ilə münasibətlərin hansı səviyyədə olduğunu görmək olar.

M.Z.Gül qeyd edib ki, hazırda Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir: “ABŞ-da bəzi dairələr Vaşinqtonun Ankara ilə münasibətlərinin pisləşməsində maraqlı olsalar da, bu baş vermədi”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, ABŞ prezidenti Barak Obamadan 1915-ci il hadisələrinə görə “soyqırım” sözünü işlətməsini gözləmir.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı"soyqırım" törədib. Ermənilərin təbliğatı nəticəsində bir sıra ölkələrin parlamentləri qondarma soyqırımı tanıyıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR