"Barselona"da yeni müqavilə qeydə alınıb.
Milli.Az xəbər verir ki. Kataloniya təmsilçisi Serxio Busketslə müqavilənin müddətini uzadıb. Yeni sözləşməyə əsasən 30 yaşlı yarımmüdafiəçi 2023-cü ilədək "Barselona"nın şərəfini qoruyacaq. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 200 milyon avrodan 500 milyon avroya qaldırılıb.
Qeyd edək ki, Buskets "Barselona"nın yetirməsidir. O, 2008-ci ildən əsas komandada çıxış edir. İspaniya klubunun heyətində keçirdiyi 11 mövsüm ərzində 28 kubok qazanan təcrübəli yarımmüdafiəçi ümumilikdə 490 oyunda meydana çıxıb və 13 qol vurub.
Elçin Əlixan
Milli.Az