Qeyd edək ki, hadisə aprelin 21-də Tbilisi prospekti yerləşən "Avropa" otelində qeydə alınıb. Oteldə yerləşən idman zalında münaqişə zamanı Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Məmmədov Azər Aydın oğlu və 1971-ci il təvəllüdlü Əfəndiyev Ruslan Zakir oğlu bıçaqlanıb. A.Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.
Cinayət işinin istintaqı isə Nəsimi Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilib. Hadisənin təfərrüatları istintaq zamanı məlum olacaq.