"Ali və Nino"nun dayandırılması xəbərinə rəsmi açıqlama

"Ali və Nino"nun dayandırılması xəbərinə rəsmi açıqlama
14:51 24 Aprel 2015
413 Şou
Ölkə mətbuatı
A- A+

“Ali və Nino” filminin çəkiliş heyəti filmin maddi problemlər üzündən dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çəkiliş heyətinin verdiyi məlumata görə, hazırda filmin çəkilişləri Türkiyə ərazisində davam edir. Azərbaycanda baş tutan çəkilişlər isə Bakı və Bakıətrafı rayonlarda –Qobustan, Bibiheybət, İçərişəhərdə həyata keçirilib.

Çəkilişlər həmçinin Azərbaycanın bölgələrində - Xınalıqda və Gədəbəydə aparılıb. Hazırda Azərbaycan çəkilişləri yekunlaşan film Türkiyədə davam etdirilir. Filmin çəkilişi ayın sonuna yekunlaşacaq və daha sonra istehsal prosesi davam edəcək.

Çəkiliş heyəti filmin maddi problemlər səbəbindən dayandırılması ilə bağlı yayılan xəbərlərin şayiə olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR