İlhamə Quliyeva onunla üz-üzə gəldi... (VİDEO, FOTO)

İlhamə Quliyeva onunla üz-üzə gəldi... (VİDEO, FOTO)
15:16 24 Aprel 2015
518 Şou
Ölkə mətbuatı
A- A+

ANS TV də yayımlanan "A-dan Z-yə" verilişinin növbəti buraxılışında qonaq xalq artisti Ilhamə Quliyevadır. ANS PRESS-in məlumatına görə, 25 aprel saat 22: 00 -da Bakı filmin təqdimatında yayımlanacaq verilişdə xalq artistinin nəvəsi Ruslan ilk dəfə studiya çəkilişində görünəcək. Xalq artistinin oğlu Orxan özü də valideyini barədə maraqlı açıqlamalar verəcək.

Veriliş zamanı aparıcı Zaur Nəbioğlunun İlhamə Quliyevaya etdiyi növbəti surpiz isə hamının marağına səbəb olacaq. Zaur 2013-cu ildə aparıcısı olduğu verilişdə İlhamə xanım üçün ağ at gətirdiyini xatırladı:

"İlhamə xanımın hər zaman "Mən ağ atın üstündəyəm" deməsini nəzərə alıb çəkiliş vaxtı ağ atın üstündə pavilyona gəlib ağ atı ona hədiyyə etmişdim. Hələ o zamanlar bu çox danışılmışdı. İlhamə xanım, hələ də "bu şou-biznesdə yeganə ağ atın sahibəsi mənəm" deyir. Biz illər əvvəl etdiyimizi heç vaxt təkrarlamırıq və bu dəfə də seçilmək istədik. Şou aləmində yeganə ağ atın sahibəsinə nə hədiyyə edəcəyimizi düşündük və qərara gəldik ki, ona ağ göyərçin verim. Bu da əbəs yerə deyildi. Verilişi sonacan izləsəniz bu sülh quşunun nədən gətirdiyimi biləcəksiniz. Əvvəlcədən yalnız onu deyə bilərəm ki, uzun illərdir bunu çoxu gözləyirdi və nəhayət bu baş tutdu. Onlar bir araya gəlib və bir-biriləri barədə inanılmaz açıqlamanı verdilər. Öz növbəmdə mən fəxr edirəm ki, sənətkarların bu açıqlamalarını ala bildim".

























Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=340172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR