Türkiyənin super starı Ajda Pekkan 8,7 milyona satışa çıxardığı evinə müştəri tapmadığı üçün endirim edib.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Pekkan İstanbul Bahçeköydə yerləşən villasını illər öncə öz zövqünə görə dekorasiya etmişdi. Yaxın rəfiqəsi Ayşə Ersayın burada infarkt olaraq ölməsindən təsirlənən müğənni villasını ani qərarla satışa çıxarıb və qiymətində də endirim edib.
Bahçeköydə meşə içərisində tikilmiş malikanə ümumilikdə 1300 kvadrat metr ərazidə yerləşir. Evin 1100 kvadrat metri isə istifadə olunur. Xüsusi olaraq dekorasiya edilən villada 6 otaq, 2 salon var. Bundan başqa, lift, iş otağı, hovuzu olan ev 24 saat mühafizə edilir.
Milli.Az