Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlə bağlı məsələ ATƏT-də qaldırılıb

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlə bağlı məsələ ATƏT-də qaldırılıb
17:28 24 Aprel 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı məsələ ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında qaldırıb. Bu barədə Trend-ə Azərbaycanın Avstriyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunur ki, ATƏT-in Daimi Şurasındakı Azərbaycan nümayəndə heyəti bir sıra ATƏT ölkələrinin hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz fəaliyyət göstərdiyinə diqqəti çəkib.

Səfirliyin açıqlamasında deyilir: “Azərbaycan hökuməti Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərin siyahısını hazırlayıb və beynəlxalq hüquqa, eləcə də Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu şirkətlərə qarşı cinayət işi açılacaq”.

Azərbaycan tərəfi vurğulayıb ki, bu cür qanunsuz fəaliyyətlər Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlllində status-kvonu saxlamaq üçün istifadə olunur və yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur.

Azərbaycan nümayəndə heyəti ATƏT-dən bunu nəzərə almağı, üzv ölkələrin hüquqi və fiziki şəxslərinə Dağlıq Qarabağın separatçı rejimi ilə istənilən əməkdaşlıqdan çəkinmək barədə xəbərdarlıq etməyi xahiş edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2387711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR