Kim Çen İnlə görüşdən sonra sammitin məkanı və tarixi müəyyən ediləcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

"Biz hər halda ümid edirik. Prezident Donald Trampla Kim Çenin yenidən görüşü ilə bağlı yer və vaxtın müəyyən ediləcəyini gözləyirik. Hələ ki, qərar verilməyib", - deyə Pompeo bildirib.

Qeyd edək ki, oktyabrın 7-də Pompeo Pxenyana səfər edəcək. Onun Kim Çen İnlə görüşü gözlənilir.

Milli.Az