Taylandın Pxetçabun əyalətində turist avtobusu minik avtomobili ilə toqquşub.
Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşmadan sonra avtobus yoldan kənara çıxaraq 50 metr hündürlükdən aşağı düşüb.
Qəza nəticəsində azı 53 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar hadisə yerinə gələn təcili yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb.
Milli.Az