Şimali Koreya lideri Kim Çen In Roma katolik kilsəsinin rəhbəri Fransiski Pxenyana dəvət edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Koreya Respublikası Prezidentinin iqamətgahının nümayəndəsi bildirib ki, Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn müvafiq dəvətnaməni oktyabrın 17-18-də Vatikana səfəri zamanı təqdim edəcək.

K.Ç.In Roma Papasını Pxenyana dəvət ermək niyyətini III Koreya sammitində M.Ç.İnə bildirmişdi.

Qeyd edək ki, Vatikanla Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulmayıb.

Milli.Az