​“Vaşinqton post” jurnalist Camal Kaşıkçı ilə

“Vaşinqton post” qəzeti Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçı ilə bağlı yeni iddia ortaya atıb.

Metbuat.az Röyters agentliyinə istinadən məlumat verir ki, jurnalist, İstanbuldan Dubaya ordan isə Ər-Riyada qaçırılıb. Camal Kaşıkçının hazırda həbsdə olduğu irəli sürülür. Qeyd edək ki, ötən gün “Vaşinqton post” qəzeti Amerika kəşfiyyatının Camal Kaşıkçının saxlanılma planından xəbərdar olduğu barədə məlumat yaymışdı. Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalisti aldadılıb ölkəyə gətirməyi və orada həbs etməyi əvvəlcədən planlaşdırıb.

Bunu Amerikanın kəşfiyyat xidməti krallığın hakimiyyət nümayəndələrinin telefon danışığını dinləyərkən öyrənib. Xatırladaq ki, müxalif jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna oktyabrın 2-də daxil olub və bir daha onun barəsində xəbər alınmayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR