Azərbaycan, Bakı, 24 aprel /Trend/
Almaniya idman növləri üzrə ən güclülər də daxil olmaqla, bir sıra qabaqcıl idmançısını Avropa Oyunlarında iştirak üçün təyin edib.
Trend Bakı-2015 Avropa Oyunlarının saytına istinadən məlumat verir ki, Almaniya Milli Olimpiya Komitəsi demək olar ki, 300 idmançının siyahısını açıqlayıb. Bunlardan 267 nəfərin Avropa Oyunlarında yarışacağı gözlənilir. İrəli sürülmüş oyunçuların bəziləri avarçəkmə, suya tullanma və voleybol kimi idman sahələrində iştirak edə bilməyəcəklər.
Lakin Almaniyanın Azərbaycandakı komandası öz müvafiq idman növlərində bəzi ən güclü idmançıları daxil edəcək.
Stolüstü tennis ulduzları Dmitri Ovtçarov və Timo Boll beş Olimpiya medalına malik olmaqla yanaşı, aralarında dünya çempionatlarının səkkiz dəfə gümüş medalçısı və Avropa çempionatlarının təkbətək görüşlərdə yeddi qızıl medalçısı heyətə daxil edilib. Bu cütlük həm də müvafiq olaraq, altıncı və yeddinci yerləri tutmaqla, stolüstü tennis üzrə Avropanın iki ən güclü idmançısıdır.
Qadınlar arasında stolüstü tennis oyunçusu Petrissa Solya isə hazırda dünya reytinqində 22-ci sırada qərarlaşsa da, beynəlxalq miqyasda mübarizə aparmaq üçün Avropa qadınlar arasında dördüncü ən yüksək pillədə durur.
Komandaya Olimpiya və 13 qat dünya çempionu Ronald Rauheni daxil etdiyi üçün Almaniyanın avarçəkmə növündə medal qazanmaq şansı çox yüksəkdir və buraya aşağıdakı idmançılar da daxildir: Olimpiya və üçqat dünya çempionu Sebastian Brendel; dünya çempionu Ronald Ferx; Olimpiya və yeddiqat dünya çempionu Konni Vassmut; Olimpiya və üçqat dünya çempionu Fransiska Veber.
Almaniya komandasında digər güclü idmançı idman gimnastikasının turnik üzrə ikiqat Olimpiya medalçısı və sabiq dünya çempionu Fabian Hambühendir. O, Bakı-2015 Avropa Oyunlarına fikrini yönləndirmək üçün 2015-ci il Avropa İdman Gimnastikası üzrə çempionatını buraxıb.
Almaniya heyətinin rəhbəri Dirk Şimmelpfenniq belə deyib: "Birinci Avropa Oyunları iştirakçılara Rio-2016 Olimpiya Oyunlarına birbaşa kvalifikasiya verən idman yarışı olacaq və buraya qaliblərin Rio üçün bilet əldə edəcəkləri stolüstü tennis, atıcılıq və triatlon yarışları aiddir. Bundan əlavə, Avropa Oyunları Rio-2016 üçün kvalifikasiya mövqeyi və ya sıralama xalları verəcək bütün idman növləri üçün xüsusi önəm daşıyır".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Bizi Twitter-dən izləyin: @trend_az