Yeni mühərrikli Lexus ES - FOTO

Yeni mühərrikli Lexus ES - FOTO
23:22 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Lexus” şirkəti Şanxayda açılmış avtosalonda 2016-cı ilin sedan “ES”-i nümayiş etdirib. Təkmilləşdirilmə bir qədər xarici görünüş dəyişikliyi, interyerdə imkanların artırılması və mühərrik qammasının tamamlanması sayəsində baş verib. 
 
Bundan əlavə, “Lexus ES”-də yeni təhlükəsizlik sistemi peyda olub. “Lexus ES”-in eksteryerini aktuallaşdırmaq üçün şirkətin dizaynerləri yüngül ştrixlərə üstünlük veriblər. 
 
Milli.Az auto.az-a istinadən bildirir ki, onlar radiator barmaqlığını, bamperləri (burada hərəkət işıqları peyda olub) dəyişib, qabaq optikanıı təkmilləşdiriblər. İnteryerdə 3 mili və funksiyalı düymələri olan yeni sükan, 4,2-düymlük monitor var. Bundan əlavə, sedanda ban və interyer üçün rəng qammaları genişlənib. 
 
Düzdür, istehsalçı elə də xırdalığa getməyib. Hələlik yeni 2-litrlik mühərrikin gücü də məlum deyil. Beləliklə, çox güman ki, “Lexus”-da sedan ES-i kiçik və qənaətcil 2-litrlik atmosferli mühərriklə təchiz edəcəklər. 
 
ES-in təchiz ediləcəyi digər mühərriklər dəyişilməyib. Sedan 2,5-litrlik “dördlüyü”, 3,5-litrlk V6-nı, o cümlədən hibrid güc qurğusunu saxlayıb. 
 
Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR