Pərviz Abdullayev ölkəmizi İtaliyada keçiriləcək turnirdə təmsil edəcək

Pərviz Abdullayev ölkəmizi İtaliyada keçiriləcək turnirdə təmsil edəcək
00:13 25 Aprel 2015
156 İdman
Ölkə mətbuatı
A- A+


Roma, 25 aprel, AZƏRTAC
Mayın 2-də İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli “Kunlun Fight Series” turnirinin döyüşləri keçiriləcək.
Dünyanın tanınmış idmançılarının qatılacağı turnirdə “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev də iştirak edəcək. İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə üz-üzə gələcək.
Bu turnirdə P.Abdullayev erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib turnirdə iştirakdan imtina edib.
Xatırladaq ki, idmançımız keçirdiyi 40 döyüşdən 37-də qalib gəlib və 12 dəfə rəqibini nokautla məğlub edib.

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Perviz_Abdullayev_olkemizi_Italiyada_kechirilecek_turnirde_temsil_edecek-849656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR