Böyük Britaniyanın universitetində Avropa Oyunlarının təqdimatı olub (FOTO)

Böyük Britaniyanın universitetində Avropa Oyunlarının təqdimatı olub (FOTO)
08:53 25 Aprel 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Böyük Britaniyanın Essex Universitetində azərbaycanlı tələbələrinin təşəbbüsü, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Baku-2015” ilk Avropa Oyunlarının tanıtımı keçirilib.

Trend-in məlumatına görə, universitetin şəhərciyində təşkil edilən stenddə “Baku-2015” ilk Avropa Oyunları ilə əlaqədar ingilis dilində nəşr edilən reklam-çap məhsulları, broşuralar, jurnallar və.s nümayiş etdirilib.

Tədris mərkəzində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri müxtəlif ölkələrdən olan tələbələrə İlk Avropa Oyunları və ölkəmizdə keçiriləcək digər mötəbər idman tədbirləri haqqında ətraflı məlumat veriblər.

Tanıtım kampaniyası tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2387872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR