İrəvanın ortasında türk bayrağı yandırdılar (VİDEO, FOTO)

İrəvanın ortasında türk bayrağı yandırdılar (VİDEO, FOTO)
09:16 25 Aprel 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın paytaxtı İrəvan şəhərində qondarma soyqırımın 100 illiyi ilə əlaqədar məşəl yürüşü keçirilib.

ANS PRESS-in məlumatına görə, yürüşü millətçi Daşnaksütyun partiyası təşkil edib.

Alman faşistlərinin məşəl yürüşü ilə heç nə ilə fərqlənməyən yürüş partiyanın gənc fəalları tərəfindən Türkiyə bayrağının yandırılması ilə başlayıb. Mərasim zamanı erməni diasporunun fəaliyyət göstərdiyi və tarixi yalana dəstək verən ölkələrin bayraqları dalğalanıb.

Qeyd edək ki, qondarma erməni soyqırımı iddiası dünya tarixçilərinin araşdırma obyektindən çox Türkiyəyə qarşı siyasi təzyiq alətinə çevrilib. Beynəlxalq aləm 1915-ci il hadisələrinin “soyqırım” kimi qəbul edilməsi üçün bu il də təzyiqləri artırıb.

Almaniya hökuməti ölkə parlamentinin “soyqırım”ı tanımaq barədə qətnaməsini dəstəkləyib. Aprelin 22-də isə Avstriya siyasi partiyaları “erməni soyqırımı”nı tanımağa çağırandan sonra Ankara bu ölkədəki səfirini geri çağırıb. ABŞ-da prezident Barak Obama bu dəfəki çıxışında da “soyqırım” sözünü işlətməkdən çəkinib və Ağ Ev bunu Vaşinqton-Ankara münasibətlərinin qlobal təhlükəsizlik üçün mühüm olması ilə izah edib.

Lakin bu məcrada ən böyük qarşıdurma Moskva ilə Ankara arasında baş verib. Türkiyənin Xarici İşlər Nazirliyi Putinnin “soyqırım” sözünü işlətməsini kəskin pisləyib. Nazirliyin bu barədə rəsmi bəyanatında bildirilib ki, “Ötən əsrdə Qafqazda, Mərkəzi Asiyada və Şərqi Avropada həyata keçirdiyi kütləvi qətllər və sürgünlər nəzərə alınarsa, Rusiya soyqırımın nə olduğunu hamıdan yaxşı bilir”.



















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR