"Qarabağ"ın rəqibində

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Sportinq”in bir neçə futbolçusu zədəlidir.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Lissabon təmsilçisinin son olaraq brazilyalı hücumçusu Rafinya sıradan çıxıb.

O, sol ayağının bud əzələsindən xəsarət alıb. 21 yaşlı oyunçunun oktyabrın 20-də Portuqaliya Kubokunda “Lores” klubuna qarşı səfər matçını buraxacağı dəqiqləşib.

Komandanın bugünkü məşqini zədə səbəbindən Bas Dost, Jeremi Matyö, Luis Maksimiano da buraxıb. Matyö Avropa Liqasının 3-cü turunda “Arsenal”la ev oyununu da buraxacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Sportinq”lə ikinci oyunu noyabrın 29-da Bakıda olacaq. Komandalar arasında Lissabonda keçirilən görüş “Sportinq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR