Dünyanın ən yaşlı insanı

Rusiyada yaşayan 129 yaşlı Koku İstambulova dünyanın ən yaşlı insanıdır.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, İstambulova həyatı boyunca heç xoşbəxt olmadığını və uzun həyatın tanrı tərəfindən ona verilmiş bir cəza olduğunu deyib.

O, Rusiyada Sovet hakimiyyəti qurulduqda 28, İkinci Dünya Müharibəsi sona çatdıqda 56, Sovet hakimiyyəti süquta uğradıqda isə 103 yaşında olub.

Yaşlı qadın İkinci Dünya Müharibəsində alman faşist tanklarının kəndinə necə girdiyini və evinin qarşısından keçdiyini hələ də xatırlayır. Faşistlərin məğlubiyyətə uğramasından sonra faşistlərlə əlbir olmaqla günahlandırılıb və Stalin tərəfindən Qazaxıstan və Sibirə sürgün edilib.

Uzun həyatın sirri soruşulduqda isə Koku İstambulova “İdmanla məşğul olan, xüsusi qidalar yeyən insanlar görürəm. Amma bu vaxta qədər necə yaşadığıma dair heç bir fikrim yoxdur” cavabını verib.


https://metbuat.az/news/1044623/sadece-5-deqiqede-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR