Sadəcə 5 dəqiqədə pis nəfəs qoxusunu yox edən

Dişləri hər gün fırçaladıqda və ağır qoxulu yeməklər yemədikdə belə bəzən pis nəfəs qoxusu gizli bir şəkildə özünü göstərə bilər.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, pis nəfəs qoxusu pis vərdişlərin nəticəsində çoxalan bakteriyalar üzündən ortaya çıxır. Bu problemi yaşayanlar ağız və dil gigiyenasına diqqət etməli, qidalanma vərdişlərinə nəzarət etməlidirlər. Dərhal pis nəfəs qoxusundan xilas olmaq istəyirsinizsə və yanınızda diş fırçası və ya saqqız yoxdursa qoxunu azaltmanın bəzi təsirli yolları var.

Su içmək

Ağzımızdakı bakteriyalar pis qaz və tüpürcək əmələ gətirir. Buna görə də ağızı daha çox nəmləndirmək lazımdır. Ağzınızın qurumasına icazə verməyin. Hər fürsətdə bir stəkan su için.

Nanə, cəfəri və ya reyhan kimi otlar çeynəmək

Çeynədiyiniz bu otlar öz qoxuları sayəsində ağızda yaranan pis qoxuları məhv edəcək. Təsirli üsuldur, amma təsiri qısa müddət davam edir.

Alma yemək

Almanın tərkibində pis qoxunu yox edən var. Bundan başqa diş sağlamlığı üçün də son dərəcə əhəmiyyətli bir qida qaynağıdır.

Limon

Limonun tərkibində qoxu yaradan bakteriyaları öldürmə xüsusiyyəti var. Sadəcə bir dilim limonu yeyə və ya bir stəkan suya əlavə edə bilərsiniz.

Qəhvə

Ağız boşluğunda yerləşən bakteriyaların qalıqları olan birləşmələr pis nəfəs qoxusuna səbəb olur. Bu mərhələdə qəhvə çeynəmək sulfidli birləşmələri ortadan qaldıracaq.

https://metbuat.az/news/1043889/dunyanin-en-qeyri-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR