"Qızıl top"un bütün sahibləri - SİYAHI

"Qızıl top"un bütün sahibləri - SİYAHI
12:27 13 Yanvar 2015
388 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldu 3-cü dəfə dünyanın ən yaxşı futbolçusu adına layiq görüldü.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu yüksək titulu hamıdan çox Argentina yığmasının və “Barselona” klubunun hücumçusu Lionel Messi (4 dəfə dalbadal) qazanıb. Ronaldudan əlavə “Qızıl topu” 3 dəfə fransalı Mişel Platini, eləcə də hollandiyalı Yohan KroyfMarko van Basten də alıblar.
 
“Qızıl top”un bütün sahiblərini təqdim edirik:
 
1956 – Stenli Metyuz (İngiltərə, “Blekpul”)
1957 – Alfredo di Stefano (İspaniya, “Real” Madrid)
1958 - Raymon Kopa (Fransa, “Real” Madrid)
1959 – Alfredo di Stefano ( İspaniya, “Real” Madrid)
1960 – Luis Suares (İspaniya, “Barselona”)
1961 - Omari Sivori (İtaliya, “Yuventus”)
1962 – Yozef Masopust (Çexoslavakiya, “Dukla”)
1963 – Lev Yaşin (SSRİ, “Dinamo” Moskva)
1964 – Denis Lou (Şotlandiya, “Mançester Yunayted”)
1965 – Eysebio ( Portuqaliya, “Benfika”)
1966 – Bobbi Çarlton (İngiltərə, “Mançester Yunayted”)
1967 – Florian Albert ( Macarıstan, “Ferentsvaroş”)
1968 – Corc Best (İngiltərə, “Mançester Yunayted”)
1969 – Cani Rivera (İtaliya,”Milan”)
1970 – Qerd Müller (AFR, “Bavariya”)
1971 – Yohan Kroyf (Hollandiya, “Ayaks”)
1972 – Frans Bekkenbauer (AFR, “Bavariya”)
1973 – Yohan Kroyf (Hollandiya, “Barselona”)
1974 – Yohan Kroyf (Hollandiya, “Barselona”)
1975 – Oleq Bloxin (SSRİ, “Dinamo”, Kiyev)
1976 – Frans Bekkenbauer (AFR, “Bavariya”)
1977 – Alan Simonsen (Danimarka, “Borrusiya” Menhenqladbax)
1978 – Kevin Kiqan (İngiltərə, “Hamburq”)
1979 – Kevin Kiqan (İngiltərə, “Hamburq”)
1980 – Karl-Hayns Rummeniqe (AFR, “Bavariya”)
1981 - Karl-Hayns Rummeniqe (AFR, “Bavariya”)
1982 – Paolo Rossi (İtaliya, “Yuventus”)
1983 – Mişel Platini (Fransa, “Yuventus”)
1984 - Mişel Platini (Fransa, “Yuventus”)
1985 - Mişel Platini (Fransa, “Yuventus”)
1986 – İqor Belanov (SSRİ, “Dinamo”, Kiyev)
1987 – Ruud Qullit (Hollandiya, “Milan”)
1988 – Marko van Basten (Hollandiya, “Milan”)
1989 - Marko van Basten (Hollandiya, “Milan”)
1990 – Lotar Matteus (AFR, “İnter”)
1991 – Jan-Pyer Papen (Fransa, “Marsel”)
1992 - Marko van Basten (Hollandiya, “Milan”)
1993 – Roberto Badco (İtaliya, “Yuventus”)
1994 - Xristo Stoiçkov (Bolqarıstan, “Barselona”)
1995 – Corc Vea (Liberiya, “Milan”)
1996 – Mattias Zammer (Almaniya, “Borrsiya”, Dortmund)
1997 – Ronaldo (Braziliya, “İnter”)
1998 – Zinəddin Zidan (Fransa, “Yuventus”)
1999 – Rivaldo (Braziliya, “Barselona”)
2000 – Luiş Fiqu (Portuqaliya, “Real”)
2001 – Maykl Ouen (İngiltərə, “Liverpul”)
2002 – Ronaldo (Braziliya, “Real”)
2003 –Pavel Nedved (Çexiya, “Yuventus”)
2004 – Andrey Şevçenko (Ukrayna, “Mialn”)
2005 – Ronaldinyo (Braziliya, “Barselona”)
2006 – Fabio Kannavaro (İtaliya, “Real”)
2007 – Kaka (Braziliya, “Milan”)
2008 – Kriştianu Ronaldu ( Portuqaliya, “Mançester Yunayted”)
2009 – Lionel Messi (Argentina, “Barselona”)
2010 - Lionel Messi (Argentina, “Barselona”)
2011 - Lionel Messi (Argentina, “Barselona”)
2012 - Lionel Messi (Argentina, “Barselona”)
2013 - Kriştianu Ronaldu ( Portuqaliya, “Real”)
2014 - Kriştianu Ronaldu ( Portuqaliya, “Real”)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR