Camal Kaşıkçını öldürməkdə şübhəli bilinən

Səudiyyəli jurnalist Camal Kaşıkçını qətlə yetirməkdə şübhəli bilinın 15 nəfərdən ibarət qrupun üzvü olan Meşal Saad Əl-Bostani Riyadda avtomobil qəzasında ölüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, mənbələr Bostaninin keçirdiyi qəza barədə məlumat verməyib. Şübhəli ölümlə dünyasını dəyişən Hərbi Hava Qüvvələrinin leytenant rütbəli pilotu Bostani, ölümü ilə bir çox sirləri özü ilə aparmış oldu.

Qeyd edək ki, Bostani 2 oktyabrda özəl təyyarə ilə İstanbula gələnlərdən biri idi. O, “Wyndham Grand Hotel”də qaldıqdan sonra yenə özəl təyyarə ilə saat 21:46-da Türkiyədən getmişdi.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR