​Hindistanda qatarın kütlənin üzərinə hərəkəti nəticəsində

Hindistanın Amritsar şəhərində qatarın kütlənin üzərinə hərəkəti nəticəsində ölənlərin sayı 60-a çatıb. 10-larla yaralı var.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, onlardan bəzilərinin vəziyyəti ağırdır. Yerli mənbələrin məlumatına görə, qatar hərəkətdə olarkən, insanlar relslərin arasında dayanaraq, dini bayramla əlaqədar təşkil olunan atəşfəşanlığı izləyirmiş.

Məhz partlayış səsləri üzündən onlar qatarın yaxınlaşdığını eşitməyib. Bildirilir ki, qatar sürətlə hərəkət edib və hadisədən sonra dayanmayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR