Azərbaycanda “Bərəkət ilahəsi” tapılıb

Yevlax rayonunda eramızdan əvvəl II əsr - bizim eranın II əsrlərini əhatə edən qədim əşyalar tapılıb.

Metbuat.az report.az-a istinadən bildirir ki, rayonun Səmədabad kəndi ərazisindəki Küp qəbir nekropolunda aparılan qazıntı işləri zamanı bardaq, vaza tipli gil qablar, tunc qolbaq və şüşə muncuq aşkar edilib.

Boru kəmərinin çəkilişi zamanı üzə çıxan tapıntılar Yevlax Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib. Əşyalar arasında maraqlı görünüşə malik, gildən hazırlanmış “Bərəkət ilahəsi”nin həmin dövrün insanları üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir.

Bu əşya qədim insanların inanc vasitəsi olub. Gildən hazırlanmış “Bərəkət ilahəsi”nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.

Günün qoroskopu - Dəvət aldığınız yerə qatılmağı unutmayın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR