Toydan sonra səbrsizliklə mərasim fotolarını gözləyən qadın şəkilləri görəndə özünü itirib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, qadın bir anlıq özündən belə şübhələnib.

Yeni ailə quran qadın toyda iki kişi ilə söhbət edən əsnada çəkilən şəklini görəndə təəccüblənib.

Lakin, o, fotoya bir neçə saniyə diqqətlə baxdıqdan sonra şəkildə optik illüziyanın olduğunu görüb.

Belə ki, ilk baxışda fotoda qadının gəlinliyinin arxasının açıq olduğu düşünülsə də, əslində, o, başqa qadının qoludur.

Daha sonra görüntülər sosial şəbəkələrə yüklənib. Foto qısa zamanda minlərlə dəfə paylaşılıb.

Fuad
Milli.Az