Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur. Naxçıvanla həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın kəndi də öz acınacaqlı halı ilə bunu təsdiq edir. Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər 21-ci əsrdəki erməni kəndlərinin real simasına çevrilib.

İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı kənd ərazisində dağılmış evlərin sayı abad binalardan dəfələrlə çoxdur.

Metbuat.az Nuhçıxan TV-yə istinadən Ermənistanın dağılmış kəndinin görüntülərini təqdim edir:


Günün qoroskopu - Heç nədən qorxmayın - Oxumaq üçün tıkla