Flippinin Paranaque şəhərində Maya adlı qız uşağı başını əlində tutaraq gəzirmiş kimi görünən kostyumu ilə diqqətləri öz üzərinə çəkib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, balaca qızın anasının dizayn etdiyi kostyumda şirniyyat saxlamaq üçün kostyumun boyun hissəsi açılıb.
Flippinli ananın bu dizaynı sosial mediada izlənmə rekordu qırıb. Balaca qızın sosial mediada yayılan görüntüsü 12 milyondan çox paylaşılıb, çox sayda bəyənmə və şərh alıb.