“Ölkəmiz nə qədər müasirləşsə, gözəlləşsə də, düşüncə tərzimiz hələ də köhnədir. Aktrisa, aparıcı ya da müğənni oldunsa, fahişəsən. Azad yaşadın fahişəsən, boşandın fahişəsən. Söyüşlərinizi özünüzə saxlayın. Mən kiminsə alqışı ilə doğulmamışam ki, qarğışı ilə də gedəm”.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə bildirib. Buna səbəb kino ulduzunun ünvanına instaqramda yazılan təhriq və tənqidi rəylər olub.

Aktrisa Pərvin Abıyevanın açıqlaması müzakirələrə səbəb olub.