Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) regiona səfər çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəliblər. İsveç Cənubi Qafqaz ölkələrinə, o cümlədən Ermənistanın Müdafiə Nazirliyinə SAAB şirkətinin istehsalı olan JAS-39 qırıcıları təklif edib. Suriyanın şimalında YPG/PKK terror təşkilatının mövqeləri Türkiyə Silahlı Qüvvələri tərəfindən bombalanıb. Moskva Qərbi Rusiyaya sərhəddə hərbi fəallığın artması və sanksiyaların müddətinin uzadılması formasında güclü təzyiq göstərməkdə ittiham edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) regiona səfər çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəliblər. Həmsədrlər Xankəndində Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə təmas xəttindəki vəziyyət müzakirə olunub.

Bako Saakyan görüşdə həmsədrlərdən Dağlıq Qarabağın da danışıqlarda tərəf kimi iştirakının təmin edilməsi ilə bağlı xahiş edib. İddia edib ki, münaqişənin həllinə nail olmaq üçün Qarabağ separatçıları danışıqlar prosesinin bütün mərhələlərində iştirak etməlidir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda səfərdə olarkən “Əgər növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq” açıqlamasının Ermənistanda yaratdığı əks-səda davam edir. Ermənistanın xarici işlər nazirinin müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə bağlı münasibəti sensasiya olaraq təqdim edilib.

Ermənistanı qorxuya salan PLAN, bütün SİRLƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB