Tovuz rayonunda 9 yaşlı uşaq yük maşınından yıxılaraq xəsarət alıb.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, 9 yaşlı Fəqan Xəqani oğlu Həsənov "QAZel" markalı yük avtomobilindən yıxılaraq ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az