İtaliyanın Siena şəhərində"International Photo Awards" beynəlxalq mükafatlandırma mərasimi keçirilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, müsabiqəyə əsasən, 2 şəkil - Rohinyalı qızın ağladığı və pələngin ovunu parçaladığı kadr ən yaxşı seçilib.

Bu fotolar 48000 şəklin arasından müəyyənləşdirilib.

Birinci fotoda Myanmardakı müsəlman soyqırımından qaçan qızın düşərgədəki ilk günü əks olunub. İkinci fotoda isə pələngin maralın boynunu qopartmağa çalışması...

İkinci fotonu hindistanlı fotoqraf Şivanq Mehta (Shivang Mehta) Hindistan milli parkında çəkib.

Təbiətin gözəlliyi kateqoriyasına görə isə ən yaxşı şəkil Çilidə vulkan püskürməsi zaman çəkilən foto olub.

Milli.Az kateqoriyalar üzrə ən yaxşı seçilən fotoları təqdim edir:

Emin
Milli.Az