Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bölgədəki vəziyyəti şərh edib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o bildirib ki, ABŞ-ın YPG/PYD terrorçularının Suriyanın Mənbiç bölgəsindən çıxarılacağıyla bağlı vədlərinə baxmayaraq, silahlılar burada müdafiə xətti qurmaqda davam edir. Akarın sözlərinə görə, vaxtilə terrorçular bu kimi tədbiri Afrin bölgəsində də həyata keçirmişdi.

“Lakin onlar bilməlidirlər ki, qazdıqları səngər onlara məzar olacaq” - deyən Akar, Türkiyənin Mənbiçdəki terrorçuları məhv etməkdə israrlı olduğunu qeyd edib. İraqdakı vəziyyətə də toxunan nazir vurğulayıb ki, rəsmi Bağdad və Kürd regional administrasiyası PKK terrorçularıyla mübarizədə effektiv tədbirlər görmür.

Sübhan / METBUAT.az