“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Smart Outlet” 2 rozetkalı adapterdir. Hər bir rozetkanı “iOS” və “Android” sistemlərində işləyən proqramdan məsafədən və ayrı-ayrılıqda idarə etmək, həmçinin “Amazon Alexa” və “Google Home” smart kolonkalarına qoşmaq mümkündür. İstehlak edilən enerjinin miqdarının qrafiki real vaxt rejimində göstərilir.
“Ağıllı” rozetka “Bluetooth” və “Wi-Fi” üzrə qoşulma olmaqla 2 variant üzrə əlçatandır. “Wi-Fi” model səsli köməkçilərə inteqrasiya edilə və istənilən yerdən idarə oluna bilər. “Bluetooth” versiyanın qiyməti 49,99 dollar, “Wi-Fi” versiyanın qiyməti isə 59,99 dollar təşkil edir.
Emil Hüseynov