"DC Yunayted"in hücumçusu Ueyn Runi İngiltərə yığmasına qayıdır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, MLS-də ki çıxışı ilə diqqətləri üzərinə çəkən 33 yaşlı hücumçu indi də karyerasını bitirdiyi İngiltərə yığmasına qayıda bilər. Belə ki, Runi, sadəcə, bir oyunluq milliyə çağırılacaq və ABŞ ilə yoldaşlıq oyununda ingilislərin kapitanı olacaq.
Qeyd edək ki, Runi yığmada ki karyerasını 2016-cı ildə bitirib. O, İngiltərə yığmasının heyətində 119 oyuna 53 qol vurub.
Milli.Az