Türkiyənin Malatya şəhərində bir vətəndaş həyətində nəsli tükənməkdə olan sarı xallı sürünənlə rastlaşıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Əhməd Eroğlu adlı adam gördüyü canlını mobil telefonun kamerasına çəkib. İnternetdən araşdırma edərək tapdığı heyvanın nəsli tükənməkdə olan sürünən olduğunu müəyyən edib.
60 yaşlı Eroğlu bu günə qədər belə bir heyvan görmədiyini bildirib.

