"ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq".
Milli.Az "Report"a istinadən bildirir ki, bunu İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.
Nazir bahalaşmanın dünya bazarında neft təklifinin azalması nəticəsində labüd olacağını diqqətə çatdırıb: "Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik".
Onun sözlərinə görə, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq neft və benzin qiymətlərini süni olaraq azaldıb: "Əfsuslar olsun ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq".
Milli.Az