Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün bu vəsait çatmır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində şəkərli diabet xəstələri üçün ayrılacaq maliyyə vəsaitinin çoxaldılağı gözlənilir.
Bu yaxınlarda şəkərli diabet xəstələrinin dərman preparatları ilə təminatında yaranan problemə də toxunan B.Salek bildirib ki, dərmanların alınması zamanı növbələrin yaranmamasından ötəri bölgələrdəki bütün həkimlərə xəstələrə dərmanlatın fərqli günlərdə verilməsi barədə tapşırıq verilib:
"Bölgələrə məlumat göndərildi ki, rayonlardakı xəstələrin hamısına dərman 1-3 gün ərzind paylanılmasın. Xəstələr bir ay ərzində elə bölüşdürülsün ki, onlar ayın müəyyən günlərində dərmanlarını alsınlar. Xəstələrin hamısının 1-3 gündə kiçik bir aptekdən dərman alması böyük növbələrin yaranmasına və nəticədə ajiotajın yaranmasına səbəb olur Digər tərəfdən, 2 gün ərzində xəstələr müraciət edəndə endokrinoloq un işi yalnız resept yazmaq olur, digər xəstələrin müayinəsinə isə vaxt qalmır. Problemin çıxış yolunu bunda görürük ki, bu ildə n etibsrən rezidenturada təhsil alan endokrinoloqların sayı artırılsın".
B.Salek əlavə edib ki, hazırda respublika üzrə 359 endokrinoloq var: "Elə bölgələrimiz var ki, orada 2600 xəstəyə cəmi 2 endokrinoloq baxır. Onlar bu işi çatdıra bilmədiklərindən gələn ildən etiba rən həm tibb bacıları üçün treninqlər keçiriləcək, həm dəbu işə terapevtlər cəlb ediləcək. Treninqdən sonra terapevtlər ikinci tip diabetin başlanğıcında olan xəstələrin müalicəni apara biləcəklər".
Milli.Az