Türkiyənin Balıkesir bölgəsində müəllim işləyən Emre Nur “12 noyabr səhər gedəcək iş yeriniz olmayacaq” deyərək işindən istefa vermişdi.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 11 noyabr gecəsi qiyamət qopacağını iddia edərək “yüksəklərə qaçın” mesajını atmışdı. Emre Nur gözlədiyi qiyamət qopmadıqda Tvitter hesabına bu dəfə yeni bir video yükləyib. Videonun başında özünün namaz qılarkən görüntüsü çəkilib. Emre Nur qiyamətin “niyə qopmadığı” ilə bağlı yeni bir iddia ortaya atıb.
Nur qiyamətin “dualarına” qarşılıq olaraq ertələndiyini, 12 dekabr tarixində tufan yaşanacağını iddia edib.

