"AQTA tərəfindən məşhur qənnadı şirkətinin məhsullarının ekspertizadan keçirilməsinə başlanılıb"

“Qida sektorunda fəaliyyət göstərən dünyanın çox iri nəhəng şirkəti olan "Ferrero"nun ekspertləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin institutunda xüsusi monitorinqlər həyata keçiriblər."

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. AQTA sədri bildirib ki, sonda belə qənaətə gəliblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyaları bölgədə həm beynəlxalq standartlara, həm təchizatına, həm də işçi potensialına görə fərqlənir və normalara cavab verir:

“Həmin şirkətlər artıq Azərbaycana rəsmi olaraq müraciət ediblər ki, onların bölgədə istehsal etdikləri məhsulların ekspertizası Azərbaycanda həyata keçirilsin. Son bir aydır həmin şirkətin Gürcüstanda olan plantasiyalarında istehsal elədikləri məhsullarını biz ekspertiza edirik. Eskpertizanın nəticələrinə görə də adıçəkilən şirkət məhsullarını Avropa İttifaqı ölkələrinə ixrac edir. Bu qürurverici faktdır. Gələcəkdə də Azərbaycanda beynəlxalq norma və qaydalara uyğun laboratoriyaların qurulması sahəsindəki işlər davam etdirilməlidir ki, Azərbaycanın ixrac potensialı yüksəlsin və ölkəmizin ixrac etdiyi məhsulların imici daha da müsbətə doğru dəyişsin”.

Qeyd edək ki, “Ferrero” şirkəti "Ferrero Rocher", "Raffaello", "Mon Cheri" “Nutella”, “Kinder” və “Tic-Tac” kimi qənnadı məhsullarının istehsalı ilə məşğuldur.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR