​Tarixdəki vegetariyan

Ət yeməyən məşhur vegetariyanlar siyahısına baxdıqda ət yeməmənin zəkalı olmaqla əlaqəli olduğunu düşünmək mümkündür.

Metbuat.az tarixdəki məşhur vegetariyanları təqdim edir.

Albert Eynşteyn

Bu qeyri-adi insanın vegeteriyanlığa keçişi yetkin yaşlarına təsadüf edir. Məşhur fizik qidalanmasında etdiyi bu dəyişiklikdən əvvəlki dövr üçün də peşman olduğunu bildirib. Yazdığı bir məktubda “məncə insan ət yemək üçün dünyaya gəlməyib” sözlərinə yer vermişdi.

1

Lev Tolstoy

Rus ədəbiyyat sənətçisi Tolstoy yetkin yaşlarında həyatında kəskin dəyişikliklər edib. Siqaret, alkoqol və ət yeməyi tərgidib. ətrafındakıları da bu yöndə təşviq etməyə başlayıb.

3

Yohann Volfqanq Göthe

Göthe həm fiziki, həm də ruh sağlamlığı baxımından sağlam qidalanırdı. Məşhur şair və yazıçı ətsiz qidalanmanın düşünmə qabiliyyətini gücləndirdiyinə inanırdı.

4

Leonardo Da Vinçi

Da Vinçinin dahi olmadığı sahə demək olar ki, yoxdur. 1452-ci ildə doğulan Da Vinçi həm sənətkar, həm memar, elm adamı, ixtiraçı və filosof idi. Bundan başqa gələcəklə bağlı proqnozlar da verib “eyni ilə mənim kimi heyvanları öldürənlərin insan qatilləri ilə bərabər görüldüyü bir zaman gələcək”.

5

http://matbuat.az/news/1060080/komadan-3096-ci-ild...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR