ABŞ və Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları davam etdirəcək.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Yaponiyanın baş naziri Şinzo Abe Birləşmiş Ştatların vitse prezidenti Mayk Pens ilə görüşün nəticələrinə dair açıqlamasında bildirib ki, Pxenyanla bağlı təhdid aradan qalxmayıb. Onun sözlərinə Pxenyan nüvə və balistik raket proqramından tamamilə imtina edənə qədər diplomatik və iqtisadi təyziqlər davam edəcək.

Bu arada, Şimali Koreyada 13 gizli raket obyektinin olduğuna dair məlumatlar yayılıb.Məsələ barədə açıqlama verən Cənubi Koreya adminstrasiyası hərbi obyektlərin mövcudluğundan xəbərdar olduqlarını və bu barədə araşdırmaların davam etdiyini bildirib.

Sübhan / METBUAT.az