İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Ueyn Runi vida matçı ideyasının hansı səbəbdən yarandığını açıqlayıb.
Milli.Az goal.az- a istinadən xəbər verir ki, Runi bu məsələnin bir il müzakirə edildiyini deyib.
"İngiltərə millisində heç vaxt vida matçı keçirilməyib. Bu, ilk dəfə olacaq. Düşünürəm ki, gözəl bir ənənənin başlanğıcını qoya bilərik. Başa düşürəm ki, hamı bu ideyanı qəbul etmək məcburiyyətində deyil. Yenidən millinin heyətində meydana çıxmaq mənim üçün əhəmiyyət kəsb etmir. Önəmli odur ki, oyundan yığılan vəsait "Ueyn Runi" Uşaq Fonduna köçürüləcək. Vida matçı məsələsini İngiltərə Futbol Assosiasiyası ilə bir il müzakirə etdik. Müxtəlif variantlar var idi. DÇ-2018 ərəfəsində keçirməyi planlaşdırırdıq. Düşündük ki, münasib vaxt deyil. İndi mümkündür. Hər şey razılaşdırılıb. İngiltərə - ABŞ yoldaşlıq ğörüşü mənim vida matçım olacaq. "Uembli"də oynamağın həyəcanını yenidən yaşamaq istəyirəm. Səbirsizliklə gözləyirəm", - Runi bildirib.
Milli.Az